пятница, 15 апреля 2016 г.

MODUL 4

Modul 4 də yenidən təməl,mövzu, məzmun suallarını bir daha nəzərdən keçirdik. Əsas Suallar şagirdlərdə daha yüksək səviyyəli düşünmə bacarıqlarından istifadə etməyə, əsas konsepsiyaları tam dərk etməyə və faktiki məlumatların sistemləşdirilməsində struktur təmin etmək üçün stimul yaradır. Təməl Sual böyük ideyalardan bəhs edən ümumi, açıq tipli suallar olduğunu  öyrəndim.
Mövzu Suallar açıq tipli suallar olub birbaşa layihə yaxud dərslə əlaqəli olur və Əsas sualın araşdırılmasına dəstək verir.
Məzmun Sualları düzgün cavabların məhdud sayda olduğu, faktlara əsaslanan, konkret suallardan ibarətdir.
 Klaster və Bibö iş üsulunu seçdik.Müxtəlif məzmun suallarinin birini klasterdə,digərini Bibö də işlədim.Formativ qiymətləndirmənin üsül və vasitələrini planlaşdirma qovluğunda  uyğun hissəyə işlədim.Müəllim üçün yararlı e ünvanlarla tanış oldum.

Комментариев нет:

Отправить комментарий