Biz blum taksanomiyası,xxı əsr bacarıqları ilə yenidən tanış olduq.Bu dəfə layihə ilə bağlı.Şagirdlər layihə üzərində işlədikcə xxı əsrin bacarıqlarını ( Düşünülmüş
qərarların qəbul edilməsi,
Əməkdaşlıq ,Təşəbbüs
göstərmək , Mürəkkəb
problemlərin həlli ,Özünüidarə,Effektiv ünsiyyət ) inkişaf etdirirlər.Layihənin müəyyən mövzulara tətbiqi təlimin keyfiyyətini artirdığını öyrəndim.Ümumi təhsil sisteminin inkişaf etdirdiyi ən vacib səriştəlik səviyyəsindən
biri kompetensiya səviyyəsidir.Bu səviyyədə
şagirdlərdə hansısa bir fənnin başqa fənlərlə qarşılıqlı əlaqəsini görmək, başa
düşmək, bilmək və həmçinin müxtəlif tədris və həyati məsələləri həll bacarığı inkişaf edir. Bunun əsasında təhlil etmək,
sintez etmək, qiymətləndirmək, əsaslandırmaq, nəticə çıxartmaq, qərar qəbul etmək
bacarığı hər hansı bir başqa bilik sahəsinə və həmçinin insanın həyat fəaliyyətinə
bütövlükdə köçürülür. Şagirdlərin diqqətini mühüm
ideyalara cəlb etmək çox vacibdir.Şagirdlərin nailiyyətlərinin və onların inkişafını
davamlı qiymətləndirilməsi yalnız faktların qeyd edilməsilə məhdudlaşdırılmamalıdır,şagirdlərin
düşünmə prosesini, “aydın görünən” etmək vacibdir. Davamlı qiymətləndirmə şagirdlərin mövzu ətrafındakı fikirlərinin dağınığlığını vaxtında üzə
çıxarmaq, təfəkkürün inkişaf səviyyəsini təyin etmək və müvafiq təlim
üsullarını seçmək üçün bir vasitədir. Belə qiymətləndirməni tərtibedici
(formalaşdırıcı) adlandırıldığı,tərtibedici qiymətləndirmənin güclənməsi ilə xarakterizə olunan
innovasiyalar əhəmiyyətli və çox zaman əsaslı addıma gətirib çıxardığını öyrəndim.Şagirdlərin təlabatına
və maraqlarına yönəlmiş tədris
tapşırıqları onların işlərininin nəticələrini yaxşılaşdırır, problemin hərtərəfli
və dərin həllinə sövq edir. Belə tapşırıqlar şagirdlər
üçün məktəbdən kənar həyatda da maraq doğurur.Hər bir yaş
kateqoriyasına aid olan şagirdlərdə təhsilə maraqları o zaman artır ki, onlar öyrəndiklərinin vacibliyini dərk
edirlər, və əldə etdikləri biliklər vasitəsilə başqa insanlara, xüsusilə yaxın ətraflarına
təsir göstərə bilirlər.
Комментариев нет:
Отправить комментарий