Bu günki dərsimiz də həmişəki kimi çox maraqlı oldu.Bizə təhsil nazirliyin əlavə təhsil mərkəzinin əməkdaşı Samir müəllim gəldi,təlimdə iştirak elədi,problemlərimizlə maraqlandı.Biz layihə planlaşdırılmasını öyrəndik.Məzmun sualının faktlara əsaslanan konkret bir sual olduğunu ,movzu sualının bir başa layihə ilə bağli olduğunu,açıq tipli suallar,niyə, nə üçün kimi sual verilir,təməl sual bir neçə fənnin mövzularının bir birilə əlaqəli olduğunu və korpu rolunu oynadığını öyrəndim.Eyni zamanda müəllim yoldaşlarımın mövzu və sualları ilə tanış oldum.Mövzu üzrə standartları,fənlərə inteqrasiyanı,tədris məqsədləri və təlimdən gözlənilən nəticələri planlaşdırmada qeyd etdik.Əlavə olaraq publisher proqramini və burda müxtəlif(buklet,dəvətnamə,diplom,sertifikat və s)nəşrlər hazırlamaq haqqında öyrəndim.
Комментариев нет:
Отправить комментарий