пятница, 6 мая 2016 г.

MODUL 12

Bugün kursumuzun son günüdür.Kursda iştirak etmək mənim üçün xoş oldu.Təlimçilərimiz olan Nəzakət müəllimə Konül müəllimə ilə tanış olmaq xoş oldu.Təlimçilər bizə Layihə işinin təşkilinə dair çox yardım etdilər.Gələcək fəaliyyətimə  lazım olan çoxlu məlumatlar aldım.Hər birinə dərin təşəkkürümü bildirirəm.

среда, 4 мая 2016 г.

MODUL 11

Bu məşğələdə qrupun digər üzvlərinin qiymətləndirmə strategiyaları ilə tanış oldum və rəy bildirdim.Tədrisdə qarşıya qoyulan məqsədə nail olduqlarına diqqət yetirdim.Portfoliomuzda qiymətləndirmə qovluğunu işlədim.Bloqun qiymətləndirilməsini,özünü qiymətləndirmə(çeklist),differensiallaşma sorğusunu işlədim və digər qiymətləndirmələrdən ferqli olduğunu bildim.Fərqləndirmə və texnologiyadan istifadə üçün işçi vərəqini doldurdum.Məndə texnologiyanin tədrisə necə kömək edəcəyinə dair ideyalar formalaşdi. 

понедельник, 2 мая 2016 г.

MODUL 10

Bu məşğələdə nümunəvi şagird işinə baxdım və qoyulmuş məqsədlərə uyğunluğunu yoxladım.Hər kəs öz nümunəvi şagird işini qrup üzvləri ilə paylaşdı.Hazır işlərə baxılarkən her bir işden bir nəticə çixartdim. İşlərə münasibət bildirildi və qiymətləndirildi.Nümunəvi şagird işi url ünvanı  e-mail vasitəsilə qrup üzvləri arasında paylaşıldı.
Nümunəvi şagird üçün qiymətləndirmə vasitələri hazirlandı.Planda lazimi dəyişikliyi etdik.

четверг, 28 апреля 2016 г.

MODUL 9

Bu gün powerpointdə işləməyi ,slaydları şəkil formasında göstərməyi,hipersısılka ilə işləməyi öyrəndim.web2.0 alətlərindən istifadə etdim.sosial şəbəkələr haqqında müzakirələr apardıq.

понедельник, 25 апреля 2016 г.

MODUL 8

Bu günün movzusu ilə tanış olduq.Hər dəfə olduğu kimi bu gün də yeni saytdan qeydiyyatdan keçdik.Proshow proqramı ilə tanış olduq.Belə proqramlarla tanışlıq müəllim və şagird fəaliyyətinə təkan vermiş olur.Nümunəvi şagird bloqunu hazırlamağı öyrəndim.Dərs planına düzəliş və əlavələr etdik.Bloqda modul8 işlədik.

пятница, 22 апреля 2016 г.

MODUL 7

Modul7 də internetdəki əməkdaşliq və ünsiyyət qurmaq üçün işləri necə planlaşdırmaq haqqinda müzakirələr apardıq.
·        Şagirdlərin İnternetdə təhlükəsizlik qaydalarını müzakirə etdik.  Mövzunun öyrənilməsi Planını nəzərdən keçirərək  müvafiq dəyişikliklər etdik.Bu  modulda öyrəndiklərimizi təhlil etdik.


MODUL 5

Modul5 də Layihə haqqında təqdimatı  powerpointdə hazırlamağı öyrəndim.Bibö və klasteri təqdimatda hipersısılka ilə göstərdik.Şəkil ünvanlarını planda ünvanlar hissəsinə yazdım.Şifahi təqdimatla müşayiət olunan multimedia slayd nümayişi mürəkkəb fikirləri paylaşmaqda effektiv bir vasitədir.Web 2.0 texnologiyalarına aid olan Wiki səhifəsini yaratdıq,qeydiyyatdan keçdik. Portfoliomuzda yerləşən Planlar qovluğundan Planımızı açıb,şagird fəaliyyəti bölməsini işlədik.

четверг, 21 апреля 2016 г.

MODUL 6

    Bu modul aşağıda qeyd olunan qaydada İnternetin mənim şagirdlərimin tədrisinə təsiri barədə düşünməyimə kömək etmişdir…
  Layihələrdə əməkdaşlıq və kommunikasiya yaratmaq üçün İnternet alətlərdən necə istifadə edəcəkləri haqqında öyrənməsinə   
 Müəlliflik hüquqları qanunlarını və istifadəni başa düşməsinə
Ədəbiyyat siyahılarını yaratmasına
Tədris layihələrində İnternet-resursların istifadəsini qiymətləndirməsində
  Mövzunun öyrənilməsi Planını nəzərdən keçirib müvafiq dəyişikliklər etdim. Bu modulda keçdiklərimizi təhlil etdik.Layihələri Dövlət standartlarına və tədris proqramlarına uyğun olmasını qrupda müzakirə etdik.

MODUL 2

Biz blum taksanomiyası,xxı əsr bacarıqları ilə yenidən tanış olduq.Bu dəfə layihə ilə bağlı.Şagirdlər layihə üzərində işlədikcə  xxı əsrin bacarıqlarını (    Düşünülmüş qərarların qəbul edilməsi,
  Əməkdaşlıq ,Təşəbbüs göstərmək , Mürəkkəb problemlərin həlli ,Özünüidarə,Effektiv ünsiyyət ) inkişaf etdirirlər.Layihənin müəyyən mövzulara tətbiqi təlimin keyfiyyətini artirdığını öyrəndim.Ümumi təhsil sisteminin inkişaf etdirdiyi ən vacib səriştəlik səviyyəsindən biri kompetensiya səviyyəsidir.Bu səviyyədə şagirdlərdə hansısa bir fənnin başqa fənlərlə qarşılıqlı əlaqəsini görmək, başa düşmək, bilmək və həmçinin müxtəlif tədris və həyati məsələləri həll bacarığı inkişaf edir. Bunun əsasında təhlil etmək, sintez etmək, qiymətləndirmək, əsaslandırmaq, nəticə çıxartmaq, qərar qəbul etmək bacarığı hər hansı bir başqa bilik sahəsinə və həmçinin insanın həyat fəaliyyətinə bütövlükdə köçürülür. Şagirdlərin diqqətini mühüm  ideyalara cəlb etmək çox vacibdir.Şagirdlərin nailiyyətlərinin və onların inkişafını davamlı qiymətləndirilməsi yalnız faktların qeyd edilməsilə məhdudlaşdırılmamalıdır,şagirdlərin düşünmə prosesini, “aydın görünən” etmək vacibdir. Davamlı qiymətləndirmə şagirdlərin mövzu ətrafındakı  fikirlərinin dağınığlığını vaxtında üzə çıxarmaq, təfəkkürün inkişaf səviyyəsini təyin etmək və müvafiq təlim üsullarını seçmək üçün bir vasitədir. Belə qiymətləndirməni tərtibedici (formalaşdırıcı) adlandırıldığı,tərtibedici qiymətləndirmənin güclənməsi ilə xarakterizə olunan innovasiyalar əhəmiyyətli və çox zaman əsaslı addıma gətirib çıxardığını öyrəndim.Şagirdlərin təlabatına və maraqlarına yönəlmiş tədris tapşırıqları onların işlərininin nəticələrini yaxşılaşdırır, problemin hərtərəfli və dərin həllinə sövq edir. Belə tapşırıqlar şagirdlər üçün məktəbdən kənar həyatda da maraq doğurur.Hər bir yaş kateqoriyasına aid olan şagirdlərdə təhsilə maraqları o zaman  artır ki, onlar öyrəndiklərinin vacibliyini dərk edirlər, və əldə etdikləri biliklər vasitəsilə başqa insanlara, xüsusilə yaxın ətraflarına təsir göstərə bilirlər.

пятница, 15 апреля 2016 г.

MODUL 4

Modul 4 də yenidən təməl,mövzu, məzmun suallarını bir daha nəzərdən keçirdik. Əsas Suallar şagirdlərdə daha yüksək səviyyəli düşünmə bacarıqlarından istifadə etməyə, əsas konsepsiyaları tam dərk etməyə və faktiki məlumatların sistemləşdirilməsində struktur təmin etmək üçün stimul yaradır. Təməl Sual böyük ideyalardan bəhs edən ümumi, açıq tipli suallar olduğunu  öyrəndim.
Mövzu Suallar açıq tipli suallar olub birbaşa layihə yaxud dərslə əlaqəli olur və Əsas sualın araşdırılmasına dəstək verir.
Məzmun Sualları düzgün cavabların məhdud sayda olduğu, faktlara əsaslanan, konkret suallardan ibarətdir.
 Klaster və Bibö iş üsulunu seçdik.Müxtəlif məzmun suallarinin birini klasterdə,digərini Bibö də işlədim.Formativ qiymətləndirmənin üsül və vasitələrini planlaşdirma qovluğunda  uyğun hissəyə işlədim.Müəllim üçün yararlı e ünvanlarla tanış oldum.

среда, 13 апреля 2016 г.

MODUL 3

Bu günki dərsimiz də həmişəki kimi çox maraqlı oldu.Bizə təhsil nazirliyin əlavə təhsil mərkəzinin əməkdaşı Samir müəllim gəldi,təlimdə iştirak elədi,problemlərimizlə maraqlandı.Biz layihə planlaşdırılmasını öyrəndik.Məzmun sualının faktlara əsaslanan konkret bir sual olduğunu ,movzu sualının bir başa layihə ilə bağli olduğunu,açıq tipli suallar,niyə, nə üçün kimi sual verilir,təməl sual  bir neçə fənnin mövzularının bir birilə əlaqəli olduğunu və korpu rolunu oynadığını öyrəndim.Eyni zamanda müəllim yoldaşlarımın mövzu və sualları ilə tanış oldum.Mövzu üzrə standartları,fənlərə inteqrasiyanı,tədris məqsədləri və təlimdən gözlənilən nəticələri planlaşdırmada qeyd etdik.Əlavə olaraq publisher proqramini və burda müxtəlif(buklet,dəvətnamə,diplom,sertifikat və s)nəşrlər hazırlamaq haqqında öyrəndim.

modul2

Bu gün blum taksanomiyasını geniş müzakirə etdik.Dərketmənin səviyyələrini öyrəndim.daha sonra XXI əsrin bacarıqlarını-Yaradıcılıq və innovativlik,Tənqidi təfəkkür və problem həll etmə bacarığı,Kommunikativəməkdaşlıq bacarıqları,İnformasiya ilə işləmək  bacarıqları, media və texnologiya vərdişləri mövzuları ətrafında söhbətlər apardıq.Layihə üçün mövzu seçdim.

суббота, 9 апреля 2016 г.

Qədim Dünyanın 7 Möcüzəsi

MODUL 1

Biz bu gün yeni təlimə qoşulduq.Birinci gün müəllim portfoliosunu yaratdim,sorğunu cavablandırdim. Veb 2.0 alətlərinin nə olduğunu,onlardan istifadəni öyrəndim.Bloq yaratdım, gmail ilə mailin fərqini bildim.Veb 2,veb 1,veb 3 fərqini bildim.Bu alətləri öyrənməyim həm layihə həm  məktəbdə və digər sahələrdə işimə yarayacaq.